Hüquqi məlumat
Məxfilik siyasəti
Son yeniləmə: 17 sentyabr 2026
Bu mətn ilkin redaksiyadır və hüquqi yoxlamadan keçir. Sualınız olarsa, bizə yazın.
Bu sənəd Evako tətbiqinin və saytının hansı məlumatları topladığını, onları nə üçün istifadə etdiyini və kimə göstərdiyini izah edir.
Hansı məlumatları toplayırıq
- Telefon nömrəsi — giriş yalnız nömrə və SMS kodu ilədir.
- Ad və soyad — sürücü ilə müştəri bir-birini tanımalıdır. Profil şəkli istəyə bağlıdır.
- Mövqe — sifarişin götürülmə və çatdırılma nöqtələri; sürücü onlayn olanda və sifariş icra edərkən onun cari mövqeyi.
- Avtomobil və ünvanlar — əlavə etdiyiniz avtomobillərin nömrəsi, rəngi və ban növü, saxladığınız ünvanlar.
- Sifariş tarixçəsi — ünvanlar, qiymət və onun tərkibi, statuslar, ləğv səbəbi və reytinq.
- Sürücü ərizəsi — sürücülük vəsiqəsinin nömrəsi, vəsiqənin iki üzünün və sürücünün şəkli, maşın məlumatı.
- Cihaz identifikatoru — sessiyanı saxlamaq və bildiriş göndərmək üçün.
- Saytdakı müraciətlər — formada yazdığınız ad, nömrə, şirkət, şəhər və mesaj.
Nə üçün istifadə edirik
Sifarişi yaratmaq, qiyməti hesablamaq, uyğun sürücünü tapmaq, sifarişin gedişini göstərmək, ləğv və borc qaydalarını tətbiq etmək, sürücü ərizəsini yoxlamaq və müraciətlərə cavab vermək üçün. Reklam üçün izləmə aparmırıq və məlumatları satmırıq.
Kim nəyi görür
- Sürücünün xəritədəki hərəkəti yalnız onun hazırkı sifarişinin müştərisinə göstərilir.
- Müştərinin adı və nömrəsi yalnız sifarişi icra edən sürücüyə görünür — evakuator şirkətinə göstərilmir.
- Sürücü ərizəsinin sənədləri yalnız ərizəni yoxlayan administratora görünür.
- Profil şəkli yalnız sahibinə, onunla sifarişi olan tərəfə və sürücünün parkına görünür.
Xidmət provayderləri
Bildirişləri göndərmək üçün Google Firebase Cloud Messaging, giriş kodunu göndərmək üçün SMS provayderi işlədilir. Onlara yalnız öz işləri üçün lazım olan məlumat ötürülür. Xəritə öz serverimizdən verilir.
Sayt
Sayt izləmə kukiləri və analitika xidmətləri işlətmir. Forma yalnız göndərdiyiniz məlumatı ötürür.
Saxlanma və silinmə
Hesabınızı tətbiqdən silə bilərsiniz: müraciətdən 30 gün sonra hesab, onunla birlikdə sifariş tarixçəsi, avtomobillər və ünvanlar silinir. Bu müddətdə müraciəti geri götürə bilərsiniz. Ətraflı: Hesabın silinməsi.
Hüquqlarınız
Profilinizdəki adı və şəkli tətbiqdə dəyişə, hesabınızın silinməsini istəyə bilərsiniz. Məlumatlarınızla bağlı sual üçün əlaqə formasından yazın.
Təhlükəsizlik
Tətbiq və sayt serverlə yalnız şifrələnmiş bağlantı (HTTPS) üzərindən danışır. Giriş açarları qısa müddətlidir, çıxış etdikdə həmin cihazın sessiyası serverdə bağlanır.